İdman

25 Dekabr

AFFA daha bir futbolçunu milliləşdirəcək

Bakı 25 dekabr Fins.az

19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinə daha bir yeni futbolçu cəlb edilə bilər.

Bu barədə  komandanın baş məşqçisi Samir Əliyev məlumat verib.

AFFA ilə müqavilə müddətini yeniləyən mütəxəssis müdafiənin mərkəzi üçün axtarışlarını davam etdirdiklərini söyləyib: “Açıq danışaq, elə mövqe var ki, ora dəvət etməyə futbolçu yoxdur. Belədə məcburiyyət qarşısında qalıb kənardan kimisə çağırmalı oluruq. Hazırda müdafiənin mərkəzinə oyunçu axtarırıq. Çünki iki futbolçumuz qırmızı vərəqə cəzalısı olduğu üçün qarşıdakı rəsmi matçı buraxacaq. Həmin mövqedə məhdud sayda futbolçumuz var. Ən azı bir nəfəri milliləşdirməyi planlaşdırırıq. Yəqin ki, o, türkiyəli olacaq. Ancaq bu, baş tutmaya da bilər”.

Qeyd edək ki, U-19 yığmamız 2021-ci il martında Avropa çempionatının seçmə mərhələsində Fransa, Yunanıstan və Moldova ilə bir qrupda mübarizə aparacaq.