İdman

24 Dekabr

La Liqa klubu baş məşqçisi ilə müqaviləni uzatdı

Bakı 24 dekabr Fins.az

Futbol üzrə İspaniya La Liqasında çıxış edən "Real Sosyedad" klubu baş məşqçisi İmanol Alquasillə müqavilənin müddətini uzadıb.

49 yaşlı mütəxəssisin yeni sözləşməsi 2023-cü ilə qədər nəzərdə tutulub.

Qeyd edək ki, İmanol Alquasil 2018-ci ildən "Real Sosyedad"ın baş məşqçisidir. Komanda cari mövsüm turnir cədvəlində 26 xalla 3-cü pillədə qərarlaşıb.