Ümumdünya Güləş Birliyinin Bürosu 2021-ci ildə keçiriləcək mötəbər yarışların yeni təqvimini açıqlayıb.
Azərbaycan güləşçilərinin iştirak edəcəyi və ya edə biləcəyi (adətən millilərimiz reytinq yarışlarına yollanmır – S.M.) həmin yarışların tarixi və məkanını təqdim edir:
Reytinq yarışları (Matteo Pellikone turniri)
4-7 mart (Roma, İtaliya)
Avropa Olimpiya Oyunları Təsnifat turniri
18-21 mart (Budapeşt, Macarıstan)
Avropa çempionatı
19-25 aprel (Varşava, Polşa)
Dünya Olimpiya Oyunları Təsnifat turniri
6-9 may (Sofiya, Bolqarıstan)
Reytinq yarışları (Polşa Açıq turniri)
8-13 iyun (Varşava, Polşa)