İspaniyanın "Barselona" klubunun futbolçusu Karles Alenya karyerasını digər La Liqa klubunda davam etdirə bilər.
Yarımmüdafiəçi "Xetafe"nin transfer siyahısında yer alıb.
Sonuncular Alenyanı icarəyə götürmək istəyir. Klub rəhbərliyi bu keçidi qış transfer dövründə gerçəkləşdirmək arzusundadır.
Qeyd edək ki, 22 yaşlı futbolçu cari mövsüm bütün turnirlərdə ümumilikdə 5 matç keçirib