"Barselona"nın futbolçusu Lionel Messi növbəti dəfə mükafatlandırılıb.
Ona Marca nəşri tərəfindən mövsümün ən yaxşı bombardirinə verilən mükafat - Piçiçi kuboku təqdim olunub.
Bu, argentinalı hücumçunun 7-ci Piçiçi kubokudur. 33 yaşlı yunçu 2010, 2012, 2013, 2017, 2018 və 2019-cu illərdə bu mükafatı alıb.
Qeyd edək ki, Messi ötən mövsüm La Liqada 25 qol vuraraq ən yaxşı bombardir olub. O, bu mövsüm isə 13 oyunda 6 dəfə fərqlənib.