Bakı 18 dekabr Fins.az
Yaponiyanın "Vissel Kobe" klubunda çıxış edən Andres İnyesta uzun müddətə sıradan çıxıb.
Milli.Az apasport.az-a istinadla bildirir ki, ispaniyalı yarımmüdafiəçi Asiya Çempionlar Liqasının 1/8 final mərhələsində "Şanxay"la (2:0) görüşdə sağ ayağından zədələnib.
36 yaşlı ulduz futbolçu Barselonada cərrahiyyə əməliyyatı keçirib. Əməliyyatın uğurlu baş tutduğunu bildirən həkimlər İnyestanın tezliklə bərpa prosesinə başlayacağını söyləyiblər. Lakin o, 4 ay yaşıl meydanlardan uzaq qalmalı olacaq.
Qeyd edək ki, Andres İnyesta 2020-ci ildə 34 oyunda iştirak edib, 6 qol, 4 məhsuldar ötürmə ilə yadda qalıb.