İdman

16 Dekabr

Futbolçuların illik qazancına məhdudiyyətlər qoyuldu

Bakı 16 dekabr Fins.az

Çin çempionatında legioner futbolçuların maaşlarına sərt məhdudiyyətlər qoyulub.

Bu limit növbəti mövsümdən tətbiq olunacaq.

Hazırda legionerlərin Superliqada illik qazancı vergilər çıxılana qədər 3 milyon avrodan çox olmamalıdır. Yerli oyunçular üçün bu rəqəm 628 min təşkil edir.

Növbəti mövsümdən isə limit fərqli şəkildə mövcud olacaq. Superliqa klubu il ərzində ümumilikdə 75,5 milyondan artıq xərcləyə bilməyəcək. Legionerlərin hamısına birlikdə 10 milyonu keçməyəcək. Yerli futbolçuların orta illik qazancı 376 mindən aşağı təşkil edəcək.

Qeyd edək ki, Superliqa klublarının 2018-ci il mövsümündəki orta illik xərcləri 138 milyona bərabər olub.