İdman

15 Dekabr

Boksda medal sayının artırılması istənildi

Bakı 15 dekabr Fins.az

Beynəlxalq Boks Assosiasiyası (AIBA) Yay Olimpiya Oyunlarında boks idman növündə medal dəstlərinin sayında artımın olmasını istəyir.

Bu barədə AIBA-nın yeni prezidenti Umar Kremlyov TASS-a müsahibəsində bildirib.

O bildirib ki, Beynəlxalq Olimpiya Komitəsinin (IOC) gender bərabərliyi ilə bağlı qərarını dəstəkləyir: "Ancaq biz AIBA olaraq olimpiadada medal sıralamasının genişləndirilməsini xahiş edəcəyik. Yaxşı olardı ki, IOC gələcəkdə on qadın və eyni sayda kişi kateqoriyasını nəzərdən keçirsin. Ancaq əvvəlcə, AIBA-nı bərpa etmək, boksun ən möhtəşəm və populyar idman növlərindən biri olduğunu sübut etmək lazımdır".

Qeyd edək ki, IOC-un qərarına əsasən 2024-cü il Paris olimpiadasında kişilər 7, qadınlar isə 6 kateqoriyada yarışacaqlar. Tokiodakı yarışda kişilər 8, qadınlar isə 5 kateqoriyada qalibi müəyyənləşdirəcək.