İdman

15 Dekabr

"Liverpul"la "Milan"ın sabiq futbolçusu Türkiyə klubu ilə anlaşıb

Bakı 15 dekabr Fins.az

İtaliya millisinin sabiq hücumçusu Super Liqada

İtaliya millisinin sabiq futbolçusu Fabio Borini karyerasını Türkiyə Super Liqasında davam etdirəcək.

 29 yaşlı hücumçu “Fatih Karagümrük”lə anlaşıb.

Borini yeni komandasına azad agent kimi qoşulacaq. Buna səbəb futbolçunun sentyabrdan klubsuz olmasıdır.

Qeyd edək ki, karyerası ərzində “Çelsi”, “Suonsi”, “Parma”, “Roma”, “Liverpul”, “Sanderlend”, “Milan” kimi klublarda oynamış forvardın son komandası “Verona” olub.