Fransanın PSJ klubu çempionatın 14-cü turu çərçivəsində “Lion”la görüşdə zədələnən Neymarın vəziyyəti barədə açıqlama verib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
28 yaşlı hücumçunun sol ayaq biləyində burxulma qeydə alınıb.
Yaxın 48 saat ərzində futbolçunun vəziyyəti ilə bağlı təkrar yoxlama aparılacaq.