Bakı, 2 dekabr Fins.az
“Real”ın baş məşqçisi Zinəddin Zidan istefa verəcəyi barədə yayılan xəbərlərə münasibət bildirib.
Fins.az xəbər verir ki, 48 yaşlı mütəxəssis Çempionlar Liqasının qrup mərhələsinin 5-ci turunda “Şaxtyor”a məğlub olduqları matçdan (0:2) sonra açıqlamasında komandadan getməyəcəyini deyib:
“İstefa verməyəcəyəm. Belə bir şeyi düşünmürəm. Çətin zamanlar keçiririk. İstədiyimiz nəticələri əldə edə bilmirik. Amma davam etmək məcburiyyətindəyik. Oyunçulara da, özümə də güvənirəm. Yetəri qədər gücümüz var. “Şaxtyor”la görüşdə qalib gəlməyə layiq idik. Amma belə olmadı. İşləməyə davam etməkdən və pis gedişatı xeyrimizə dəyişməkdən başqa çarəmiz yoxdur”.
Qeyd edək ki, Madrid təmsilçisi B qrupunda 7 xalla 3-cüdür. La Liqada 3 həftədir qalib gələ bilməyən “kral klubu” 17 xalla 4-cü pillədə qərarlaşıb.