Bakı, 2 dekabr Fins.az
Avropa Liqasında qrup mərhələsinin 5-ci turunda İstanbulda Təl-Əviv “Makkabi”si (İsrail) ilə qarşılaşacaq “Qarabağ” bu gün Türkiyəyə yola düşüb.
Fins.az xəbər verir ki, komandanın baş məşqçisi Qurban Qurbanov koronavirusa yoluxduğu üçün səfərdə yer almayıb.
Qeyd edək ki, dekabrın 3-də Türkiyənin İstanbul şəhərindəki “Başakşəhər Fatih Terim” stadionunda keçiriləcək “Qarabağ” – “Makkabi” matçı Bakı vaxtı ilə saat 21:55-də başlayacaq.