AFFA İntizam Komitəsi "Kəpəz"in baş məşqçisi Yaşar Vahabzadəni 5 oyunluq cəzalandırıb.
Fins.az xəbər verir ki, komitənin bu gün keçirilən iclasında bu barədə qərar verilib.
Baş məşqçi 7-ci turda "Turan Tovuz"la oyunda (2:3) hakimi təhqir etdiyi üçün bu cəzaya məruz qalıb. "Kəpəz" isə buna görə 400 manat cərimə olunub.