İdman

01 Dekabr

Çempionlar Liqası oyununda qadın baş hakim - İlk dəfə

Bakı, 1 dekabr Fins.az

Çempionlar Liqası tarixində ilk dəfə oyunu qadın baş hakim idarə edəcək.

Fins.az xəbər verir ki, qrup mərhələsinin 5-ci turunda keçiriləcək "Yuventus" - "Dinamo" (Kiyev) matçını fransalı Stefani Frappar idarədə edəcək.

Dekabrın 2-də oynanılacaq matçda Frappara həmyerliləri Hişam Zakrani və Medi Ramuni kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Kərim Abed yerinə yetirəcək.