İdman

26 Noyabr

Yığmamız daha bir Olimpiya medalını itirdi - RƏSMİ

Bakı, 26 noyabr Fins.az

Azərbaycan yığmasının daha bir Olimpiya medalını itirməsi rəsmiləşib.

Fins.az xəbər verir ki, bu barədə Beynəlxalq Olimpiya Komitəsinin (BOK) İcraiyyə Komitəsi qərar verib.

Qurum 2012-ci ildə Londonda keçirilən Olimpiya Oyunlarının bəzi yarışlarında medal bölgüsünə yenidən baxıb. Mükafatı rəsmən ləğv edilənlər arasında ağır atletikada bürünc medal qazanan Valentin Xristov da olub.