İdman

25 Noyabr

"Qalatasaray"ın prezidentindən şəhidimizlə bağlı açıqlama

Bakı, 25 noyabr Fins.az

"Qalatasaray"ın prezidenti Mustafa Cengiz şəhid olmuş Fərid Dursonov barədə danışıb.

Fins.az xəbər verir ki, o, "İHA" agentliyinə açıqlamasında deyib:

"Komandaya azarkeşlik etmək izah olunmaz hissdir. Yağışda, palçıqda, piyada oyuna gələn insanlar var. Tutqu budur! Fərid Dursunovun atası ilə danışdım. Bakıdan çox uzaq yerdə yaşayırlar. Allah heç kimə övlad acısı verməsin. Sıra ilə ölüm versin. Atəş düşdüyü yeri yandırar. Atası Fazil bəy ilə danışdım, çox sevindi. Eyni duyğuları mən də yaşadım. "Övladım yaşasaydı çox xoşbəxt olardı". İnsan sadəcə maddi şeylərlə yaşaya bilməz. Bu şəhidimiz bizi çox duyğulandırdı. Milli duyğuları bir araya gətirdi. Nur içində yatsın. Allah qəni-qəni rəhmət eləsin".

Qeyd edək ki, daha əvvəl "Qalatasaray" klubu Fərid Dursunov və Murad Məmmədovla bağlı paylaşım edib. Paylaşımında azarkeşi olan Dursunov, həmçinin digər şəhidlərimizə Allahdan rəhmət diləyib və Fəridin "Qalatasaray"la bağlı vəsiyyəti xatırlayıb : “Şəhid olsam məzarıma Azərbaycan bayrağı ilə birlikdə “Qalatasaray” bayrağını asın” deyə vəsiyyət edən və vəsiyyəti yerinə yetirilən şəhid Fərid Dursunovla birlikdə bütün şəhidlərimizə Allahdan rəhmət diləyirik”.