İdman

19 Noyabr

"Neftçi" Kazbek Tuayevi təbrik etdi

Bakı, 19 noyabr Fins.az 

"Neftçi”nin veteran futbolçusu, sabiq baş məşqçisi Kazbek Tuayev bugünlərdə 80 yaşını qeyd edib.

Fins.az klubun saytına istinadən xəbər verir ki, bu münasibətlə "Neftçi”nin baş məşqçisi Samir Abasov yubilyarı iş yerində ziyarət edib, ona klub adından təbriklər və ən xoş arzularını çatdırıb.

Qeyd edək ki, hazırda Azərbaycan Futbol Məşqçiləri İttifaqının sədri, AFFA-nın İcraiyyə Komitəsinin üzvü olan Kazbek Tuayev 1961-1971-ci illər ərzində "Neftçi”nin heyətində 298 oyun keçirib, 60 qol vurub, 1966-cı ildə SSRİ çempionatının bürünc medalını qazanıb. 1983-1984, 1991, 1996-1997, 1998, 2001-2004-cü illərdə "Neftçi”nin baş məşqçisi olmuş Tuayev 1995/1996, 1996/1997 və 2003/2004 mövsümlərində komandamıza ölkə çempionluğunu, 1995/1996, 2003/2004 mövsümlərində isə ölkə kubokunu qazandırıb. O, 1995-1997, 2002-ci illərdə Azərbaycan milli komandasının baş məşqçisi vəzifəsində çalışıb.