Bakı, 16 noyabr Fins.az
"Biz öz evimizə 3 xalı gətirə bilmədik, amma ruhdan düşmürük".
Fins.az-ın məlumatına görə, bu fikirləri Azərbaycan millisinin futbolçusu Ramil Şeydayev UEFA Millətlər Liqasının V turunda Monteneqro ilə qolsuz heç-heçə etdikləri oyundan sonra instaqram hesabında yazıb.
"Sabah" klubunda çıxış edən 24 yaşlı hücumçu qrup mərhələsinin sonuncu turunda Lüksemburqla oynayacaqları matça hazırlaşdıqlarını vurğulayıb: "Biz komandayıq və mütləq uğura birlikdə nail olacağıq".
Qeyd edək ki, noyabrın 17-də "Jozi Bartel" stadionunda keçiriləcək Lüksemburq - Azərbaycan oyunu Bakı vaxtı ilə saat 23:45-də start götürəcək.