İdman

13 Noyabr

"Ordumuzun yanında olan millətimizlə fəxr edirəm" - Fariz Nəcəfov

Bakı, 13 noyabr Fins.az

“Böyük Vətən müharibəsində qazandığımız möhtəşəm qələbə münasibətilə Ali Baş Komandan başda olmaqla xalqımızı təbrik edirəm”.

Fins.az xəbər verir ki, bu sözləri “Qəbələ” klubunun prezidenti Fariz Nəcəfov öz Feysbuk səhifəsində paylaşıb.

İkinci Qarabağ müharibəsinin ilk günlərindən ordumuzda xidmət edən Nəcəfov ilk dəfə bu barədə fikirlərini bölüşüb: “Bu qalibiyyətin əldə olunmasında qəhrəmanlıqla şəhid olan hər bir əsgər və zabitimizin ruhu qarşısında baş əyirəm! Şəhidlərimizin valideynlərinin əllərindən öpürəm! Tarixi zəfərin əldə olunmasında "hər şey cəbhə üçün" devizi altında birləşən və ölçüyəgəlməz ruh yüksəkliyi ilə ordumuzun yanında olan millətimizin hər bir övladı ilə fəxr edirəm! Qalib Azərbaycan xalqına eşq olsun!”.

Qeyd edək ki, Fariz Nəcəfov döyüşlərə ehtiyatda olan zabit kimi könüllü qatılıb.