İdman

13 Noyabr

Neymar yenidən “Barselona”nı məhkəməyə verib

Fransanın PSJ klubunun braziliyalı futbolçusu Neymar hələ də sabiq klubu “Barselona”dan kompensasiyasının sona qədər ödənilməsini tələb edir.

Fins.az xəbər verir ki, hücumçunun vəkilləri məhkəmə qərarından apellyasiya şikayəti verib və “Barselona”nın Neymara ödəməli olduqları əlavə bonusların tam ödənilməsini tələb edirlər.

Qeyd edək ki, Neymar 2016-cı ildə “Barsa” ilə müqaviləni uzadarkən 40 milyon avro kompensasiya almalı idi. Ancaq onun hesabına 22 milyon avro köçürülüb.

Kataloniya klubunun rəhbərliyi futbolçunun PSJ-yə müqavilədə göstərildiyi vaxtdan əvvəl keçdiyini əsas gətirərək, qalan məbləği ödəməkdən imtina edib.

Bunu əsas gətirən klub “Barselona” rəhbərliyi məhkəmədə əks iddia qaldırıb.

Kataloniyalılar iddia edir ki, braziliyalının müqaviləsi 2022-ci ilə qədər nəzərdə tutulmuşdu.