Argentina millisinin fiziki hazırlıq üzrə sabiq məşqçisi Fernando Sinyorini Dieqo Maradona ilə bağlı maraqlı hadisəni xatırlayıb.
Fins.az xəbər verir ki, mütəxəssis AS nəşrinə açıqlamasında yığmada işlədiyi vaxt veteran futbolçunu narkotik maddədən istifadə edərkən tutduğunu söyləyib.
Sinyorininin sözlərinə görə, həmin vaxt Maradona məşqçiyə də onlara qoşulmağı təklif edib: "Biləyindən tutub nə etdiyini soruşdum. Məni də narkotikdən istifadə etməyə çağırdı. Bunu niyə etməli olduğumu soruşanda isə bildirdi ki, əhvalın yüksələcək, hər şeydən danışa biləcəksən".
Qeyd edək ki, Dieqo Maradona hazırda Argentinanın "Ximnasiya və Esqrima" komandasına başçılıq edir.