Monteneqro millisinin futbolçusu Adam Maruşiç Millətlər Liqasında Azərbaycan və Kiprlə matçlarda meydana çıxa biləcək.
Fins.az xəbər verir ki, "Latsio" yarımmüdafiəçisinin millinin düşərgəsinə yollanmasının qarşısını ala bilməyib. Çünki koronavirusa yoluxma halları olan klub regional səhiyyə orqanlarından (ASL) oyunçularının təcriddə qalması və ölkəni tərk etməməsi barədə bir sənəd ala bilməyib.
Qeyd edək ki, Azərbaycan - Monteneqro görüşü noyabrın 14-ü keçiriləcək.