"Sabah"ın futbolçusu Bəhlul Mustafazadə Azərbaycan millisinin UEFA Millətlər Liqasının qrup mərhələsinin son matçlarına çağırılmayacaq.
Buna səbəb 23 yaşlı mərkəz müdafiəçisinin ciddi zədəsinin olmasıdı.
Bəhlul bu üzdən Montenerqoyla ev, Lüksemburqla səfər matçına açıqlanacaq millimizin heyətində yer almayacaq
Mustafazadə yığmamızın son görüşü olan Kiprlə Tiranadakı qarşılaşmanın sonuna yaxın zədələnərək əvəzlənməli oldu. O, bundan sonra Premyer Liqamızda adı matçların protokoluna belə daxil edilməyərək, 1 aya yaxındı oynamır. Bəhlulun hətta cərrahiyyə əməliyyatı olunacağı gözlənilir ki, bu da hazırkı ili vaxtından əvvəl başa vurması demək olacaq. Sport24.az