Futzal üzrə Çempionlar Liqasında ilkin mərhələnin oyunlarının vaxtı və yeri dəqiqləşib.
Fins.az xəbər verir ki, koronavirus pandemyası üzündən yeni formatda keçiriləcək turnirdəki təmsilçimiz “Araz”ın Yunanıstan AEK-i ilə görüşünün başlama vaxtı da müəyyənləşib.
Belə ki, Azərbaycan çempionunun qarşılaşması noyabrın 29-da baş tutacaq. Görüş Afinadakı “Dais Sports Hall”da təşkil olunaraq, Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Qeyd edək ki, ilkin mərhələnin 23 cütü bir oyundan ibarət duellərdə qalibi müəyyənləşdirəcək. Bu komandalar 1/16 finalda ilkin raunddan azad olan 9 kluba qoşulacaq.