İdman

02 Noyabr

Türkiyəli məşqçinin “Qarabağ” arzusu

"Sivasspor”un baş məşqçisi Rza Çalımbay "Qarabağ”la oyundan danışıb.
 
Fins.az xəbər verir ki, çalışdırıcı noyabrın 5-də keçiriləcək oyuna böyük ümidlərlə yanaşdığını deyib.
 
Sitat: "Heyətdə ciddi itkilərimiz var. Buna görə də rotasiya edə bilmirik. Problemlemlərimiz böyükdü. Buna baxmayaraq, irəli boylanmaq lazımdı. "Makkabi”ylə evdəki oyunda bəxtimiz gətirmədi. Onları səfərdə uda bilərik. Buna qədərsə "Qarabağ”ı məğlub etməliyik. Qrupdakı ilk xallarımızı Azərbaycan təmsilçisi ilə oyunda götürəcəyik”.