"Kayserispor" baş məşqçisi Bayram Bektaşla yolları ayırıb.
Fins.az klubun saytına istinadən xəbər verir ki, Türkiyə Superliqasında "Rizespor"a 0:1 hesablı məğlubiyyətdən sonra türk mütəxəssislə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.
Qeyd edək ki, "Kayserispor" 6 matçdan 6 xalla 17-ci pillədə qərarlaşıb.