Rusiyada olan "Neftçi"nin veteran futbolçuları Dağlıq Qarabağda baş verən hərbi əməliyyatlarla bağlı Azərbaycan Prezidenti İlham Əliyevə müraciət ediblər.
Fins.az xəbər verir ki, qonşu ölkədə yaşayan keçmiş oyunçular Azərbaycanın işğlada olan torpaqlarının azad olunması uğrunda Ermənistanla apardığı haqq savaşında dəstəklərini ifadə ediblər.
Azərbaycan Respublikasının Prezidenti
Zati-Aliləri cənab İlham Əliyevə
Hörmətli İlham Heydər oğlu!
Biz, “Neftçi” futbol klubunun Rusiyada yaşayan veteranları, 30 il əvvəl işğal olunmuş torpaqlarımızın rəşadətli, müzəffər Azərbaycan ordusu tərəfindən azad edilməsini diqqətlə izləyirik. Xilaskar həmyerlilərimizlə fəxr edir, sülh və ədalətin təntənəsi üçün öz oğullarını müqəddəs savaşa yola salmış analarla birgə həyəcan keçiririk.
İnanırıq ki, Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycanın üçrəngli bayrağı tezliklə Qarabağda, onun mirvarisi Şuşada dalğalanacaq, dinindən və milli mənsubiyyətindən asılı olmayaraq, hər bir qarabağlının evində sülh bərqərar olacaq!
SSRİ idman ustaları:
Tofiq Abbasov
Rafiq Əli-Zadə
Rinat Kamalitdinov
Rafiq Quliyev
Vyaçeslav Lyoqkiy
Nikolay Smolnikov
İqor Çeremisov
Vitali Şevçenko