UEFA Avropa Liqasının I qrupunda "Qarabağ"ın rəqiblərindən olan İsrail "Makkabi"si (Təl-Əviv) heyətini yeni futbolçu ilə gücləndirib.
Fins.az xəbər verir ki, Təl-Əviv təmsilçisi Tanzaniyanın "Azam" komandasından Novatos Disması transfer edib.
Gənc oyunçu ilə imzalanacaq müqavilənin detalları açıqlanmayıb.
Qeyd edək ki, Novatus Dismas Tanzaniyanın U-21 yığmasının da üzvüdür. "Makkabi" qrup mərhələsindəki ilk matçda "Qarabağ"ı minimal hesabla məğlub edib - 1:0.