İdman

23 Oktyabr

"Qarabağ" qrup mərhələsinin ilk matçında məğlub oldu

"Qarabağ" UEFA Avropa Liqasının qrup mərhələsində ilk oyununu keçirib.

Fins.az-ın məlumatına görə, Qurban Qurbanovun baş məşqçi olduğu komanda İsraildə "Makkabi"lə (Təl-Əviv) üz-üzə gəlib.

"Blumfild" stadionundakı qarşılaşma meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. 10-cu dəqiqədə "Makkabi"nin heyətində Yonaten Kohen fərqlənib.

Matç Ağdam təmsilçisinin kapitanı Maksim Medvedev üçün əlamətdar olub. 31 yaşlı müdafiəçi avrokuboklarda 100-cü oyununa çıxıb.

I qrupunun digər matçında "Vilyarreal" İspaniyada Türkiyə "Sivasspor"unu qəbul edib. Görüşdə qapılara 8 qol vurulub. Matç ispanların 5:3 hesablı qələbəsi ilə başa çatıb.

"Qarabağ" qrupda ikinci matçını oktyabrın 29-da "Vilyarreal"a qarşı keçirəcək. Matç Türkiyədəki "Başakşehir Fatih Terim" stadionunda olacaq.