İtaliyanın “Yuventus” klubunun hücumçusu Kriştianu Ronaldonun koronavirus testi növbəti dəfə pozitiv çıxıb.
Fins.az xəbər verir ki, Portuqaliya millisinin üzvü karantində qalmağa davam edəcək.
Bu isə onun Turin klubunun daha bir neçə oyununu buraxacağı anlamına gəlir. 35 yaşlı ulduz futbolçu Çempionlar Liqasının II turunda İspaniya təmsilçisi “Barselona” ilə keçiriləcək matçı da buraxacaq.
Qeyd edək ki, “Yuventus” – “Barselona” oyunu oktyabrın 28-də Turində keçiriləcək.