"Barselona" 4 futbolçusu ilə müqaviləni yeniləyib.
Fins.az klubun rəsmi saytına istinadən xəbər verir ki, bunlar qapıçı Mark-Andre ter Ştegen, müdafiəçilər Jerar Pike ilə Kleman Lanqle və yarımmüdafiəçi Frenki de Yonqdur.
Pike ilə 30 iyun 2024-cü ilədək, Ter Ştegenlə isə 30 iyun 2025-ci ilədək sözləşmə imzalanıb. Hər iki futbolçunun təzminat haqqı 500 milyon avro qiymətləndirilib.
De Yonq və Lanqlenin müqaviləsi isə 30 iyun 2026-cı ilədək uzadılıb. De Yonqun təzminat qiymtəi 400 milyon, Lanqlenin isə 300 milyon avrodur.