İdman

05 Oktyabr

Maksim Medvedyev də orduya maddi dəstək verdi

Millinin və “Qarabağ”ın kapitanı Maksim Medvedyev Silahlı Qüvvələrə Yardım Fonduna yardım edib.

Fins.az xəbər verir ki, 31 yaşlı futbolçu fonda 10 min manat köçürüb.

Qeyd edək ki, daha əvvəl “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov da fonda 50 min manat pul köçürüb.

Əlavə edək ki, Azərbaycan Silahlı Qüvvələrinə Yardım Fondu Prezident Heydər Əliyevin 2002-ci il 17 avqust tarixli Fərmanı ilə yaradılıb. Fond Azərbaycan Silahlı Qüvvələrinin inkişafı və maddi-texniki bazasının möhkəmləndirilməsi məqsədilə formalaşıb.