İngiltərə Liqa Kubokunda 1/8 final mərhələsinə yekun vurulub
Fins.az xəbər verir ki, sonuncu oyun günündə üç matç keçirilib. “Brentford” “Fulhem”i, “Stok Siti” isə “Aston Villa”nı məğlub edib.
Günün son qarşılaşmasında “Liverpul” “Arsenal”ı qəbul edib. Matçın əsas vaxtı qolsuz bərabərliklə başa çatdığı üçün qalib penaltilər seriyasında müəyyənləşib. Burada daha dəqiq olan (5:4) "Arsenal" növbəti mərhələyə yüksəlib.
Qeyd edək ki, bundan əvvəl “Tottenhem”, “Nyukasl”, “Mançester Yunayted”, “Mançester Siti” və “Everton” 1/4 finala vəsiqə qazanıb.
"Brentford" – "Fulhem" - 3:0
Qollar: Forss, 37, Benrahma, 62, 77
"Aston Villa" - "Stok Siti" - 0:1
Qol: Vokes
"Liverpul" – "Arsenal" - 0:0 (penaltilər seriyası - 4:5)