İdman

02 Oktyabr

“Futbolçuları yox, əsgərlərimi təbrik edirəm” - Qurban Qurbanov

“Əvvəla, futbolçuları yox, əsgərlərimi təbrik edirəm. Çünki bu gün əsgər kimi idilər. Bu qələbəni cəbhədə döyüşən əsgərlərimizə və bütün Azərbaycan xalqına həsr edirəm”.

Fins.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının pley-off mərhələsində Polşa çempionu “Legiya”ya 3:0 hesabı ilə qalib gələrək qrup mərhələsinə yüksəldikləri oyundan sonra keçirilən mətbuat konfransında deyib.

O, komandanın çıxışından razı qaldığını bildirib: “Legiya” yaxşı komandadır, amma oyun sistemini dəyişib. Düşünürəm ki, 3:0 hesabı bu matçın gedişatını tam əks etdirmir, çünki “Legiya” nəticənin göstərdiyindən daha yaxşı komandadır. Sadəcə, son vaxtlar Polşa komandasında çox dəyişiklik edilib. Əsgərlərimi, futbolçularımı təbrik etmək, “Legiya”ya və məşqçisinə uğurlar arzulamaq istəyirəm. Nəticədən çox məmnunam”.