"Milan" futbolçusu Lukas Paketanı "Lion"a satıb.
Fins.az xəbər verir ki, bu barədə Fransa klubunun saytı məlumat yayıb. Braziliyalı yarımmüdafiəçi ilə 5 illik müqavilə imzalanıb.
İtaliya mətbuatı bu transfer üçün "Lion"un 20 milyon avro ödədiyini yazıb.
Qeyd edək ki, 25 yaşlı oyunçu yeni klubunda ilinə 2.5 milyon avro qazanacaq.