İdman

01 Oktyabr

Ümit Karan azərbaycanlı futbolçunun baş məşqçisi oldu

Azərbaycanlı futbolçu Elvin Yunuszadənin də çıxış etdiyi Makedoniya "Şkupi"sinin yeni baş məşqçisi müəyyənləşib.

Fins.az klubun saytına istinadən xəbər verir ki, komandanı türkiyəli mütəxəssis Ümit Karan çalışdıracaq.

44 yaşlı məşqçi ilə imzalanan müqavilənin detalalrı açıqlanmayıb.

"Şkupi"nin son baş məşqçisi isə sentyabrın 28-də istefaya göndərilmiş Muarrem Bayrami olub.

Qeyd edək ki, Ümit Karan 2018/2019 mövsümündə də "Şkupi"nin baş məşqçisi olub. Komanda cari mövsüm Avropa Liqasının 1-ci təsnifat mərhələsində Bakıda "Neftçi"yə 1:2 hesabı ilə uduzub.