Türkiyənin "Beşiktaş" və "Trabzonspor" futbol klubları cəbhə bölgəsində baş verən son hadisələrlə bağlı Azərbaycana dəstək mesajı veriblər.
Bununla bağlı klubların rəsmi sosial şəbəkə hesablarında paylaşım edilib.
“Beşiktaş” klubu öz dəstəyini "Bir millət, iki dövlət! Hər zaman yanındayıq, Can Azərbaycan" sözləri ilə ifadə edib.
"Trabzonspor" klubu isə “Dağ sizsizsə, torpaq bizik. Siz budaqsız, biz də yarpağıq.Türkiyəyik, Trabzonuq, Azərbaycanıq” sözləri ilə öz dəstəklərini bildiriblər.
Qeyd edək ki, ötən gün "Qalatasaray" və "Fənərbaxça" kulubları da rəsmi sosial şəbəkə hesablarında dəstək mesajları paylaşıb, həmçinin iki komanda arasında keçirilən İstanbul derbisi zamanı tribunalarda Azərbaycan ordusuna dəstək plakatları qaldırılıb (APA).