UEFA Millətlər Liqasının 1-ci turunda Lüksemburqla ev matçında Azərbaycan yığmasının birbaşa qırmızı vərəqə ilə cəzalandırılmış futbolçusu Mahir Emreli ilə bağlı qərar qəbul edib.
Fins.az xəbər verir ki, 23 yaşlı hücumçu kobud oyununa görə 2 oyunluq cəzalandırılıb. Bu səbəbdən, 2-ci turda Kiprlə səfər matçını buraxmış oyunçu 3-cü turda Monteneqroya qarşı oktyabrın 10-da səfərdə baş tutacaq növbəti görüşdə də meydana çıxa bilməyəcək.
Qeyd edək ki, Mahir Emreli Lüksemburqla görüşün 26-cı dəqiqəsində rəqibi vurduğu üçün meydandan qovulub. Azərbaycan yığması Lüksemburqa 1:2 hesabı ilə uduzsa da, Kipri yenməyi bacarıb - 1:0.