“Qəbələ” Futbol Akademiyasının yeni baş məşqçisinin adına aydınlıq gəlib.
Fins.az xəbər verir ki, “Qəbələ”nin aşağı yaş qrupları üzrə komandalar hazırlıqlara başlayıb.
Komandaların hazırlıqlarına 20 nəfərlik heyət rəhbərlik edir. Halim Fıçıcının klubdan ayrılmasından sonra akademiyanın baş məşqçisi vəzifəsinə Famil Xəlilov təyin olunub. O, həm də U-19 komandasını çalışdırır.
Yeni mövsümdə Zaur Hacıyev U-17, Sərdar Qafarov U-16, Ülfət Mədətov U-15 komandasının baş məşqçisi olub. Şəhriyar Kərimli U-14, Namiq Əliyev U-13, Turxan Ümüdlü U-12, Təbriz Hüseynli U-11, Anar Surxayev U-10 komandasını çalışdırır. Rəvan Rəcəbov isə U-8-i yeni mövsümə hazırlaşdırır.
Akademiyanın komandalarının hazırlıqlarında qapıçı məşqçiləri Elçin Rzazadə və Oruc Quliyev də iştirak edir.