“Barselona”nın hücumçusu Luis Suares komanda yoldaşları ilə vidalaşıb.
Fins.az xəbər verir ki, bu barədə “Twitter” hesabında jurnalist Jerar Romero yazıb.
Bu gün səhər saatlarında 33 yaşlı uruqvaylı klubun bazasına gəlib və bir müddət sonra oranı tərk edib. Yaxın saatlarda Suaresin “Barselona” ilə müqaviləni pozması gözlənilir.
Qeyd edək ki, Suaresin karyerasını Madrid “Atletiko”sunda davam etdirəcəyi bildirilir. Futbolçunun özü və klublar artıq müqavilə şərtlərini razılaşdırıblar.