İdman

22 Sentyabr

Suares “Yuventus”a keçmək üçün fırıldaqçılığa əl atıb?

“Barselona”nın hücumçusu Luis Suarez İtaliya pasportu aldığı zaman dil imtahanı verərkən qanun pozuntusuna yol verib.

Fins.az xəbər verir ki, bu barədə İtaliyanın Maliyyə Qvardiyasından bildirilib.

Qeyd olunur ki, italyan dili imtahanındakı test sualları 33 yaşlı hücumçu ilə razılaşdırılıb. Nəticədə uruqvaylı futbolçu B1 səviyyəsini əldə edib. Bu da onun italyan dilində sərbəst danışa bildiyini və demək olar ki, bütün deyilənləri anladığını ifadə edir.

Suaresin aparılan iş çərçivəsində ifadəsinə müraciət ediləcək.

Xatırladaq ki, Suares “Yuventus”a keçmək üçün italyan dili imtahanı vermişdi, lakin transfer baş tutmamışdı.