"Matç ərzində 3-4 dəfə futbola niftət etdiyimi söylədim. Penaltilər seriyasına gələndə qorxunc şübhələrim var idi. Həmin vaxt futbol gözümdə elə də böyük deyildi".
Fins.az-ın məlumatına görə, bunu Norveç "Molde"sinin baş direktoru Ole Erik Stavrum "Rbnett.no" nəşrinə açıqlamasında UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində "Qarabağ"a qalib gələrək pley-offa adladıqları oyun barədə danışarkən deyib.
Klub rəsmisi bildirib ki, penaltilər seriyasında qorxunc səhnələr möcüzəyə çevirilib: "Biz sanki qaranlıqda oturaraq özümüzə qapanmışdıq. Ancaq yekunda düşərgəmizdə yaxşı atmosfer var idi. Matçın sonlarındakı kimi əhval-ruhiyyə və sevinc hisslərini yaşayacağımızı heç vaxt düşünməmişdim".
Qeyd edək ki, əsas və əlavə vaxtı qolsuz başa çatmış matçın penaltilər seriyasında daha dəqiq oynayan (6:5) "Molde" adını Çempionlar Liqasında pley-offa yazdırıb.