İspaniyanın "Barselona" klubu İngiltərə "Mançester Siti"sində çıxış edən Erik Qarsiyanı heyətinə cəlb edəcək.
Fins.az xəbər verir ki, "Barsa" 19 yaşlı yarımmüdafiəçi üçün 18 milyon avro ödəyəcək. İspaniyalı oyunçunun transferinin yaxın vaxtda açıqlanacağı gözlənilir.
Qeyd edək ki, Erik Qarsiya "Barselona"nın yetirməsidir. O, 2017-ci ildə "Mançester Siti"yə keçib.