İdman

18 Sentyabr

Mixael Şumaxerin son durumu açıqlandı

İsveçrəli neyroxirurq Erik Riderer "Formula 1" üzrə 7 qat dünya çempionu Mixael Şumaxerin durumu barədə danışıb. 

Fins.az-ın məlumatına görə,almaniyalı sabiq pilotun vegetativ vəziyyətdə olduğunu bildirib. Bu isə Şumaxerin oyandığı, amma cavab vermədiyi anlamına gəlir: "O, nəfəs alır, ürəyi döyünür. Yəqin ki, otura və insanların köməyilə xırda addımlar ata bilər. Fikrimcə, bu, Şumaxerin maksimumudur. Onun qəzayadək olan vəziyyətinə qayıtma şansının olmadığını düşünürəm".