İdman

17 Sentyabr

“Qarabağ” Çempionlar Liqası ilə vidalaşdı - VİDEO

Azərbaycan təmsilçisi “Qarabağ” klubu bu gün futbol üzrə UEFA Çempionlar Liqasında növbəti matçına çıxıb. Ağdam təmsilçisi Norveçin “Molde” klubu ilə qarşılaşıb.

Kiprdə baş tutan qarşılaşmanın əsas vaxtında hesab açılmayıb. Qalibi müəyyənləşdirmək üçün oynanılan yarım saat da məhsuldar olmayıb. 

Oyunun taleyi penalti seriyası ilə müəyyənləşib. Gərgin keçən penalti seriyası “Molde”nin qələbəsi ilə bitib. 

“Qarabağ” – “​Molde” - 0:0 (Penaltilər seriyası - 5:6)