"Qarabağ”dan ayrılandan sonra klubsuz qalan Azərbaycan millisinin yarımmüdafiəçisi Araz Abdullayevin yeni komandası rəsmən müəyyənləşib.
Fins.az xəbər verir ki, millimizin üzvü Türkiyənin 1-ci Liqa təmsilçisi "Boluspor”a transfer olunub.
Bu barədə sözügedən klubun mətbuat xidməti məlumat yayıb. Tərəflər arasında 1+1 illik müqavilə imzalanıb.
Xatırladaq ki, Araz Abdullayev daha öncə Yunanıstanda "Panionios” və "Anortosis” klublarında legioner həyatı yaşayıb.