"Atletiko"nun futbolçusu Diyeqo Kosta karyerasını Türkiyədə davam etdirə bilər.
Fins.az xəbər verir ki, bu barədə AS məlumat yayıb.
Xəbərə görə, ispaniyalı hücumçu "Fənərbağça" klubuna keçə bilər.
Hücum xəttini gücləndirməyi planlaşdıran İstanbul klubu bu mövqe üçün Diyeqo Kostanın ideal variant olduğunu hesab edir.
Qeyd edək ki, Kostanın "Atletiko" ilə müqaviləsi 2021-ci ilin yayında başa çatacaq.