“Yuventus”un sabiq hücumçusu, hazırda azad agent statusuna malik olan xorvatiyalı hücumçu Mario Mandzukiç “Fənərbaxça” klubundan sərfəli təklif alıb.
Fins.az xəbər verir ki, bu barədə türkiyəli idman jurnalisti Əkrəm Konur öz “Twitter” səhifəsində məlumat yayıb.
Jurnalist yazır ki, İstanbul klubunun rəhbərliyi 34 yaşlı futbolçuya 3,5 milyon avro dəyərində müqavilə təklif edib.