İdman

12 Sentyabr

Bu gün dünyanın ən güclü çempionatlarından biri başlayır

Bu gün dünyanın ən maraqlı futbol çempionatlarından olan İngiltərə Premyer Liqasına start veriləcək.

2020/21 mövsümü London derbisi ilə başlayacaq. Bir illik fasilədən sonra yenidən Premyer Liqaya qayıdan “Fulhem” öz meydanında “Arsenal”ı qəbul edəcək.

Bu tur Mançester komandaları oynamayacaq. Hər iki komanda mübarizəyə II turdan qoşulacaq.

Qeyd edək ki, I turun qarşılaşmaları üç gün ərzində keçiriləcək.

İngiltərə Premyer Liqası

I tur

12 sentyabr

15:30 “Fulhem” – “Arsenal”

18:00 “Kristal Palas” – “Sauthempton”

20:30 “Liverpul” – “Lidz”

23:00 “Vest Hem” – “Nyukasl”

13 sentyabr

17:00 “Vest Bromviç” – “Lester”

19:30 “Totenhem” – “Everton”

14 sentyabr

21:00 “Şefild Yunayted” – “Vulverhempton”

23:15 “Brayton” – “Çelsi”