PSJ-nin qapıçısı Alfons Areola karyerasını İngiltərə Premyer Liqasında davam etdirəcək.
Fins.az xəbər verir ki, "Fuhem" 27 yaşlı futbolçunu heyətinə cəlb edib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Areola 2020/21 mövsümünü icarə əsasında "Fulhem"də keçirəcək. Bundan başqa, klub qolkiperi birdəfəlik transfser etmə haqqına da sahib olacaq.
Qeyd edək ki, fransalı qapıçı ötən mövsüm icarə əsasında "Real"da oynayıb.